Gəncədə Ekoloji Park Kompleksi yaradılır

11:22 - 5.09.2022


5 sentyabr, Fineko/abc.az. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) “Gülçülük sahəsi”ndə yaradılan Ekoloji Park Kompleksində işlər davam etdirilir.

ABC.AZ xəbər verir ki, 11 hektar ərazisi olan Ekoloji Park Kompleksi fərqli və müasir dizaynı ilə seçiləcək. Ziyarətçilər buradan keçərək, Ekoloji Park Kompleksinin zəngin flora və faunası ilə yaxından tanış ola biləcəklər.

Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində yaradılacaq Ekoloji Park Kompleksində MKTİB-in Gülçülük və tingçilik təsərrüfatının gündəlik fəaliyyəti də ziyarətçilərə təqdim olunacaq. Burada həm də piknik məkanları yaradılacaq.

Bütün xəbərlər