11 məktəb direktoru və 56 direktor müavini işdən çıxarılıb

12:26 - 7.09.2022


7 sentyabr, Fineko/abc.az. “Ötən il Bakı şəhərində 11 məktəb direktoru işdən çıxarılıb, 34-ü intizam məsuliyyətinə cəlb olunub, 33-nə isə xəbərdarlıq edilib”.

ABC.AZ xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. M.Vəliyeva qeyd edib ki, bu dövrdə 56 direktor müavini işdən çıxarılıb, 10 müavinə isə xəbərdarlıq edilib.

BŞTİ-nin rəhbəri əlavə edib ki, ötən tədris ilində Bakıda 39 direktor işə qəbul olunub. Onlardan biri şəhid və ya qazi ailələrinin üzvü olub. 113 direktor müavini və 2550 müəllim işə götürülüb.