Xəzər dənizi 9 metrə qədər dayazlaşa bilər - Azərbaycanlı alim

10:39 - 8.09.2022


8 sentyabr, Fineko/abc.az. “Qlobal iqlim dəyişikliyi ilə əlaqədar Xəzər dənizi sürətlə kiçilir. Keçmiş dəniz dibinin onlarla kilometri isti günəş altında qurumuş səthə çevrilib”.

ABC.AZ xəbər verir ki, bunu coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Rusiyanın “Россия 1” kanalına verdiyi müsahibəsində bildirib.

Əmir Əliyev vurğulayıb ki, bu əsrin sonunda Xəzər dənizi 9, hətta 18 metrə qədər dayazlaşa bilər: “Bu isə o deməkdir ki, su hövzəsi öz ərazisinin 34%-ni itirəcək. Dənizə çıxışı olan bütün ölkələr üçün bu, böyük bir problemdir və Azərbaycan, Qazaxıstan, İran, Rusiya, Türkmənistan onu birlikdə həll etməli olacaq”.

Bütün xəbərlər