Kirayə evlərin qiymətləri bahalaşıb

14:32 - 12.09.2022


12 sentyabr, Fineko/abc.az. 2022-ci ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, əvvəlki ilin avqust ayına nisbətən 109,5 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, cari ilin avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, paltarların, ayaqqabıların, mənzillərin, məişət cihazlarının təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana, kosmetoloji və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.