“AGBank” ASC-nin daha bir daşınmaz əmlakı açıq hərraca çıxarılacaq

16:08 - 13.09.2022


13 sentyabr, Fineko/abc.az. Sentyabrın 28-də, saat 11:00-da "Bakı Hərrac Mərkəzi" MMC-də (Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 27) ləğv prosesində olan “AGBank” ASC-nin daha bir daşınmaz əmlakı açıq hərraca çıxarılacaq.

Əmanətlərin Sığortalanması Fondundan ABC.AZ-a daxil olan məlumata görə, söhbət Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsi, ev 1 ünvanındakı yerləşən, ümumi sahəsi 453,2 kvadretmetr olan fərdi yaşayış evindən gedir.

Əmlaka 154 min manat qiymət qoyulub. Hərrac iştirakçıları bu məbləğin 5%-ni beh kimi hərrac təşkilatına ödəməlidir.

Alış qiyməti isə 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.