Azərbaycandakı fındıq bağlarının 25 faizi bu rayonda yerləşir

17:26 - 13.09.2022


13 sentyabr, Fineko/abc.az. Zaqatalada fındıq və fındıq məhsullarının sərgi-satış yarmarkası keçirilib.

ABC.AZ xəbər verir ki, Heydər Əliyev Parkında təşkil olunan sərgidə 20-yə yaxın çeşiddə 500 kiloqrama yaxın qərzəkli meyvələr, yerli sənətkarların fındıq, qoz və şabalıqddan hazırladığı tətbiqi sənət nümunələri, fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin, elmi-tədqiqat institutlarının istehsal etdiyi məhsullar nümayiş olunub.

Tədbirdə bildirilib ki, rayon həm fındıq bağlarının sahəsinə, həm də fındıq istehsalına görə birinci yerdədir.

Rayonda bu cür sərgi və yarmarkaların, festivalların keçirilməsi qərzəkli meyvəçiliyin təbliği ilə yanaşı, rayonun turizm potensialına da müsbət təsir göstərir.

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, Zaqatala həm də ölkəmizin ən böyük fındıqçılıq rayonudur.

"Azərbaycanda mövcud olan fındıq bağlarının 25 faizi bu rayonda yerləşir, ölkə üzrə istehsal olunan fındığın isə 45 faizi Zaqatalada yetişdirilir".

Bütün xəbərlər