Makron Əliyevə zəng etdi - Nələrdən danışılıb?

10:00 - 14.09.2022


14 sentyabr, Fineko/abc.az. Fransa Prezidenti Emmanuel Makron sentyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

ABC.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Fransa Prezidenti Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə əlaqədar narahatlığını ifadə edib.

İlham Əliyev bu genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırıb.

 

Bütün xəbərlər