“Dəmirbank”ın Şəkidə yerləşən əmlakı hərraca çıxarılır

14:28 - 14.09.2022


14 sentyabr, Fineko/abc.az. Oktyabrın 5-i saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

ABC.AZ Fonda istinadla xəbər verir ki, daşınmaz əmlak, Şəki şəhəri, Sabit Rəhman küçəsi, 6A ünvanında 0,25 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binasıdır.

Daşınmaz əmlakın ilkin satış qiyməti 1 milyon 300 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir.

Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi 27.