Cari ildə yaradılan kommersiya hüquqi şəxslərin 90 faizi MMC formasındadır

15:32 - 14.09.2022


14 sentyabr, Fineko/abc.az. Cari ilin sentyabrın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,4 faizi məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,4 faizi səhmdar cəmiyyəti, 1,2 faizi kooperativ və sair formalarda yaradılıb.

Bu barədə ABC.AZ Dövlət Vergi Xidmətinə istinadla xəbər verir.

Bildirilir ki, qeyd olunan tarixə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 28 min 929 vahid təşkil edərək, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz artıb.

 

Bütün xəbərlər