Azərbaycan yaşıl inkişafın təklif etdiyi yeni artım drayverlərinə diqqət yetirməlidir - Dünya Bankı rəsmisi

16:25 - 14.09.2022


14 sentyabr, Fineko/abc.az. Azərbaycan hökuməti və Dünya Bankı Tərəfdaşlığın 30 illiyini qeyd edir.

ABC.AZ-ın məlumatına görə, yubileylə bağlı keçirilmiş Forumda gələcək iqtisadi artım imkanları müzakirə edilib.

Forumda çıxış edən Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Anna Byerde bildirib ki, biz Azərbaycan xalqının həyatını daha da yaxşılaşdırmaq üçün Azərbaycanla tərəfdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik.

"Qlobal və regional miqyasda rəqabətə davamlı olmaq üçün Azərbaycan indi innovasiya, insan kapitalı, kommunikasiya bağlantıları və yaşıl inkişafın təklif etdiyi yeni artım drayverlərinə diqqət yetirməlidir”.

Müəllif: Elmir Murad

Bütün xəbərlər