Məşğulluğun təmin edilməsi üçün islahatlar çox zəruridir - Nazir

17:27 - 14.09.2022


14 sentyabr, Fineko/abc.az. Məşğulluğun təmin edilməsi çox zəruriridir və bunun üçün islahatlar aparlımalıdır.

ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycan hökuməti və Dünya Bankı Tərəfdaşlığının 30 illiyi münasibəti ilə Bakıda keçirilən Forumda ƏƏSMN naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, bu yöndə xüsusi ilə çox böyük islahat paketi həyata keçirlmişdir.

Bu islahatların əsasən aztəminatlı ailələrə yönəldiyini dəlalət edən bir sıra məqamlar var.

"İslahat təxminən 4 milyon nəfəri əhatə edib. Və bunun üçün 4 milyard dollar xərclənib. İslahatlardan danışmışkən onu qeyd edim ki, əmək bazarında 400 000 müqavilə imzalanıb. O cümlədən onu da qeyd edim ki, peşə təhsilinin inkişafını zəruri hesab edirəm. Bir müddət əvvəl də əmək abssersiyası yaradılıb və məqsəd ehtiyacları müəyyən etməkdir. Biz hazırda Təhsil nazirliyi ilə də əməkdaşlıq edirik", - deyə nazir bildirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər