Rasim Məmmədovun 70 milyon manatlıq əmlakına həbs qoyulub - Siyahı

14:28 - 15.09.2022


15 sentyabr, Fineko/abc.az. “Baku Steel Company”nin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı əmlakları üzərinə həbs qoyulub.

ABC.AZ APA-ya istinadən həmin əmlakların siyahısını təqdim edir:

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi, bir zavod, bir neçə fərdi yaşayış evi və bağ evinin üzərinə həbs qoyulub. Bu əmlakların qiyməti ümumilikdə 70 milyon manat civarındadır. Bakı Oksford Məktəbinin təsisçisi Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.

Üzərinə həbs qoyulmuş əmlakların təxminən 30 milyon manat təşkil edən hissəsinin Rasim Məmmədovun qohumlarının adına rəsmiləşdirildiyi bildirilir. Bununla bağlı onlar ilk prosesdə vəkil vasitəsilə məhkəmədə vəsatət qaldırıb, müstəqil tələb irəli sürən üçüncü tərəf kimi tanınmalarını istəyiblər. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Bütün xəbərlər