İlham Əliyev: Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını artıracaq

14:37 - 16.09.2022


16 sentyabr, Fineko/abc.az. İkinci Qarabağ müharibəsi qələbəsindən sonra Azərbaycan işğaldan azad edilmiş torpaqlarında quruculuq işləri aparır,minlərlə kilometr yol və yüzlərlə kilometr dəmir yolu çəkir.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatında çıxışı zamanı deyib.

“2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut boyunca yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.”- deyə Prezident əlavə edib.

Bütün xəbərlər