İlham Əliyev: Azərbaycan Ermənistana 5 prinsipli sülh müqaviləsini təqdim edib

14:49 - 16.09.2022


16 sentyabr, Fineko/abc.az. Azərbaycan Ermənistana ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsinin 5 əsas prinsipini təqdim edib. İndi biz ilkin şərtlər və süni gecikmələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib.

“Amma təəssüflər olsun ki, sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədi bölgəsində genişmiqyaslı hərbi təxribat törədib. Azərbaycan silahlı qüvvələri bunun qarşısını qətiyyətlə aldı. Bu təxribat iki ölkə arasında münasibətlərin normallaşması prosesinə böyük zərbədir. Bunun üçün bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.” - dövlət başçısı vurğulayıb.

Bütün xəbərlər