“Azərbaycan Sənaye Korporasiyası” mənfəətlə işləməyə başlayıb

15:38 - 16.09.2022


16 sentyabr, Fineko/abc.az. “Azərbaycan Sənaye Korporasiyası” ASC (ASK) 2021-ci 44,099 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, ASK 2020-ci ildən 3,488 milyon manat xalis zərərlə çıxmışdı.

ABC.AZ “Report”-a istinadla xəbər verir ki, ötən il ASK-nın satışdan gəlirləri 429,156 milyon manat (illik müqayisədə 54,4 % çox), satışının maya dəyəri 330,934 milyon manat (29,3% çox), ümumi və inzibati xərcləri 16,981 milyon manat (9,7% çox), satış və paylanma xərcləri 17,06 milyon manat (2,5 dəfə çox), köhnəlmiş mal-material ehtiyyatları üzrə təminat xərcləri 133 min manat (58,3% çox), debitor borcları və digər alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərəri 3,201 milyon manat (20,8 dəfə çox), maliyyə xərcləri 2,3 milyon manat (22,1% az), digər xərcləri 620 min manat (əvvəlki il gəlir olub), mənfəət vetrgisi ödəmələri isə 13,828 milyon manat (12,4 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə ASK-nın aktivləri 1 507,128 milyon manat olub ki, bu da illik müqayisədə 3,1 % çoxdur. Hesabat dövründə korporasiyanın öhdəlikləri 12,3% azlaaraq 89,454 milyon manata düşüb, balans kapitalı 4,3 % artaraq 1 417,674 milyon manata çatıb.

Bütün xəbərlər