Şuşada inşa edilən yaşayış binaları nə vaxt istifadəyə veriləcək?

16:34 - 16.09.2022


16 sentyabr, Fineko/abc.az. "Hazırda Şuşada 23 ədəd çoxmənzilli bina inşa edilir və gələn ilin sonuna qədər onlar hazır olacaqlar. Beləliklə, şuşalılar doğma yurdlarına qayıtmağa başlayacaqlar".

ABC.AZ-ın məlumatına görə, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə müsahibəsində bildirib.

O qeyd edib ki, binaların ümumi sahəsi 60 min kvadratmetr təşkil etməklə 450 mənzildən ibarət olacaq.

 

Bütün xəbərlər