Daha 6 şəhidimizin adı açıqlandı - SİYAHI

16:40 - 16.09.2022


16 sentyabr, Fineko/abc.az. Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 6 hərbi qulluqçusu şəhid olub.

Müdafiə Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 77-yə çatıb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.


Bütün xəbərlər