Enerji böhranı Türkiyəyə yarayıb - Otellərdə bron edənlərin sayı artıb

11:10 - 19.09.2022


19 sentyabr, Fineko/abc.az. Enerji böhranı ilə üzləşən avropalılar qış üçün Türkiyə otellərini bron etməyə başlayıblar.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, Türkiyə otellərində noyabr ayı üçün rezervasiyalar keçən illə müqayisədə 1.5 dəfə artıb.

Qeyd edilir ki, 10 dəfədən çox bahalaşmanı və “qaz böhranı” nəzərə alan avropalılar qışı keçirmək üçün Türkiyənin otellərinə axışacaq. Artıq noyabr ayı üçün sifarişlər 50 faiz artıb.

Anadolu Tur Operatorları Birliyinin idarə heyətinin üzvü Ferhan Ademhan Türkiyənin kurort bölgələrində məşğulluğun cari istəklərə uyğun olaraq artacağını bildirib.

Bütün xəbərlər