Mövsümi vergilər tətbiq oluna bilər - Təklif

14:35 - 19.09.2022


19 sentyabr, Fineko/abc.az. Azərbaycanda mövsümi vergilərin tətbiq olunması təklif edilir.

ABC.AZ-ın məlumatına görə, bu təklifli parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat İqbal Məmmədov irəli sürüb.

Deputat çıxış edərkən qeyd edib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməlidir:

“Bununla bağlı bizə kifayət qədər məktublar daxil olur. Rayonlarda elə vergilər var ki, onlar mövsümlə bağlıdır. Ona görə də bu məsələnin iş planına daxil edilməsini təklif edirəm”.

Bütün xəbərlər