Prezident nazirliyə 5 milyon manat ayırdı - Sərəncam

15:35 - 19.09.2022


19 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Azərbaycanda modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, sərəncamla Azərbaycan ərazisində yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə Elm və Təhsil Nazirliyinə 5 milyon manat bu sərəncama əlavəyə uyğun olaraq  ayrılıb.