“Vest Corporation” MMC-nin direktoru saxta sənəd satdığı üçün saxlandı

16:00 - 19.09.2022


19 sentyabr, Fineko/abc.az. Rüşvət almaqda təqsirləndirilən şirkət direktoru Orxan Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ABC.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Orxan Ələkbərov 9 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin aprel ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Şəki şəhər sakini Orxan Ələkbərov karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə direktoru olduğu, faktiki heç bir fəaliyyət göstərməyən “Vest Corporation” MMC-nin adından saxta arayışların hər birini 60-100 manat müqabilində satarkən saxlanılıb.

Bütün xəbərlər