ƏƏSMN-in keçmiş işçiləri "otkat" aldıqlarını etiraf edib

10:23 - 20.09.2022


20 sentyabr, Fineko/abc.az. Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi davam edir.

ABC.AZ xəbər verir ki, sentyabrın 19-da keçirilmiş məhkəmədə ilk olaraq şahid kimi 2012-2019-cu illərdə nazirliyin iqtisadiyyat şöbəsinin baş mühasibi işləmiş Ülviyyə Məmmədova ifadə verib.

O, qeyd edib ki, işə götürüldüyü gündən şöbənin müdiri Şəlalə Cəfərovanın tapşırıqlarını yerinə yetirib: “Şirkətlər nazirliyin müəssisələri ilə müqavilələr bağlayırdı, bu işlərə nəzarət edirdim. Müəssisələrdən yığılan pulları Şəlalə xanıma çatdırırdım. Pulları ona iş otağında verirdim”.

2007-2019-cu illərdə Əlillərin Bərpa Mərkəzinin keçmiş baş mühasibi işləyən Nəzakət Kərimova isə Mərkəzə avadanlıqların alınması zamanı “otkat” aldıqlarını deyib: “Şirkətlərə ödənilən pulların 30-40 faizi geri alınır və toplanaraq Mərkəzin müdiriyyətinə verilirdi”.

Məhkəmədə məlum olub ki, Nəzakət Kərimova avadanlıqların alınması üçün müqavilə bağladığı şirkətlərdən bir neçəsini öz qızının adına rəsmiləşdirib. Lakin bütün əməliyyatları etibarnamə əsasında özü aparıb.

Bütün xəbərlər