“Atasığorta” ASC-yə sədr təyin olundu

12:11 - 20.09.2022


20 sentyabr, Fineko/abc.az. “Atasığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Xətai İsmayılov sədr vəzifəsinə təsdiqlənib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, o, indiyə qədər "Atasığorta"nın sədr müavini olub və yeni vəzifəsində Orxan Məmmədovu əvəz edib.

Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Bütün xəbərlər