"Azərkosmos" Türkiyənin bu Agentliyi ilə anlaşdı

12:23 - 20.09.2022


20 sentyabr, Fineko/abc.az. "Azərkosmos" və Türkiyənin Kosmik Agentliyi arasında kosmik sahədə Anlaşma Memorandumu imzalanıb.

ABC.AZ-ın məlumatına görə, imzalanma mərasimi Parisdə Beynəlxalq Astronavtika Konqresi çərçivəsində baş tutub.

Memorandum yerin məsafədən müşahidəsi və texnologiyanın inkişafı istiqamətində əməkdaşlığın gücləndirilməsini, kosmik sahə üzrə kommersiya və təhsil imkanlarını dəyərləndirmək üçün qarşılıqlı fayda gətirən təcrübə və bilik mübadiləsi proqramlarının genişləndirilməsini nəzərdə tutur.

Sənəd Azərkosmos və Türkiyə Kosmik Agentliyinin beynəlxalq kosmik layihələrdə birgə fəaliyyətinə, yerli kosmik ekosistemin, kosmik elm və digər sahələrin inkişafında fəal əməkdaşlığına yol açacaq.

Bütün xəbərlər