Daha 95 erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verildi

14:23 - 20.09.2022


20 sentyabr, Fineko/abc.az. Ermənistan hərbçilərinə aid daha 95 meyit qarşı tərəfə təhvil verilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından ABC.AZ-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilib.

Cari ilin sentyabrın 20-də 95 erməni hərbçisinin meyitinə Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.

 

Bütün xəbərlər