Xəzər Şurası yaradıla bilər - Lavrovdan təklif

15:10 - 20.09.2022


20 sentyabr, Fineko/abc.az. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzər Şurası yaradılmasını mövcud qurum və mexanizmlərin fəaliyyətinin optimallaşdırılması üçün səmərəli vasitə hesab edir.

ABC.AZ xəbər verir ki, Xəzər Şurasının yaradılması təklifi ilə nazir özünün “Mejdunarodnaya jizn” jurnalında dərc olunmuş “Xəzər nadir mehriban qonşuluq regionudur” sərlövhəli məqaləsində çıxış edib.

S.Lavrov beştərəfli formatda mövcud olacaq Xəzər Şurasının bürokratik əngəllərdən uzaq çevik işləyə biləcəyini vurğulayıb.

Məqalədə S.Lavrov, həmçinin qeyd edib ki, Xəzər beşliyinə daxil olan ölkələr – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan düz çıxış xətlərinin müəyyənləşdirilməsi metodikasına dair saziş layihələrini, eləcə də beştərəfli əməkdaşlığa dair sənədləri tezliklə razılaşdırmalıdırlar.

 

Bütün xəbərlər