İki qondarma respublikalar Rusiyaya birləşə bilər

16:25 - 20.09.2022


20 sentyabr, Fineko/abc.az. Qondarma “Luqansk Xalq Respublikası”nın Rusiyaya birləşməsi ilə bağlı referendum keçiriləcək.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə qondarma “LXR”in lideri Leonid Paseçnik bildirib. Onun sözlərinə görə, referendum sentyabrın 23-dən 27-dək keçiriləcək.

"Donetsk Xalq Respublikası" separatçıları da Rusiyaya birləşmək üçün referendum təyin edib. Belə ki, referendum sentyabrın 23-dən 27-dək keçiriləcək.

Bütün xəbərlər