Ağcəbədidə suyun verilməsində məhdudiyyətlər yaranıb

20.09.2022,16:38


20 sentyabr, Fineko/abc.az. Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Ağcəbədi şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

ABC.AZ “Azərsu” ASC-nin məlumatında istinadla xəbər verir ki, hazırda qəza  briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.