Asiya İnkişaf Bankı Azərbaycanın iqtisadi proqnozunu yaxşılaşdırdı

10:02 - 21.09.2022


21 sentyabr, Fineko/abc.az. Asiya İnkişaf Bankı (ADB) 2022-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım proqnozunu yaxşılaşdırıb.

ABC.AZ xəbər verir ki, bu bardə Bankın “Asian Development Outlook” hesabatının sentyabr sayında bildirilir.

Məlumata görə, Bank aprel proqnozu ilə müqayisədə ÜDM-in artım proqnozunu 0,5 faiz bəndi artıraraq 4,2% müəyyən edib.

2023-cü il üzrə isə bu göstərici dəyişməyərək 2,8% saxlanılıb.

Bütün xəbərlər