Bu ölkə buğda və un ixracına icazə verdi

10:28 - 21.09.2022


21 sentyabr, Fineko/abc.az. Qazaxıstan hökuməti ölkədən buğda və un ixracına məhdudiyyəti aradan qaldırıb.

ABC.AZ xəbər verir ki, yeni qaydalar 10 gün əvvəl qüvvəyə minib.

Xatırladaq ki, Qazaxıstandan buğda və un ixracı ilə bağlı məhdudiyyət bu ilin aprelində tətbiq edilmişdi.

Həmin vaxt Rusiyanın Ukraynaya hücumu nəticəsində dünyanın taxıl bazarında qıtlıq təhlükəsi yaranmışdı və bütün ölkələr bu riskdən qorunmaq üçün qadağalar tətbiq edirdilər.

Apreldə tətbiq edilən qadağa əvvəl iyunun 15-dən qüvvədə idi, sonradan sentyabrın 30-dək uzadıldı.

İndi isə Qazaxıstan kənd təsərrüfatı nazirliyi bildirib ki, bu il ölkədə taxılın məhsuldarlığı yüksəkdir, təqribən 13 milyon ton məhsul yığılacaq, bu da ötənilki həcmdən 12% artıqdır. Daxili tələbat üçün isə cəmi 6,5 milyon ton taxıl tələb olunur.

Bütün xəbərlər