İndiyədək istehlakçılara ümumilikdə 305,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb

21.09.2022,11:54


21 sentyabr, Fineko/abc.az. Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabr ayına qədər istehlakçılara ümumilikdə 732 milyon 105 min 401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust aylarında isə 303 milyon 851 min 384 cek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,9 milyondan çox istifadəçi qeydə alınıb.

Hazırda ölkə üzrə tətbiq edilən onlayn nəzarət-kassa aparatlarının (NKA) sayı 74 min 242-dir. Bu ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 milyard 307 milyon 568,9 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 % çoxdur.