Daha bir MTN polkovnikinin əmlakı müsadirə edildi - Siyahı

15:18 - 21.09.2022


21 sentyabr, Fineko/abc.az. Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi, polkovnik Yasin Məmmədovun üzərinə həbs qoyulmuş əmlakları müsadirə olunub.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin bu gün qəbul etdiyi hökmdə Yasin Məmmədovun öz adına və qohumu Fərid Məmmədovun adına rəsmiləşdirilmiş ümumilikdə 278 min 600 manatlıq əmlakının dövlət nəfinə müsadirə olunacağı qeyd olunub.

Həmin əmlakların siyahısını təqdim edirik:

Bakı şəhəri Mikayıl Müşfiq küçəsində yerləşən 102 min 200 manatlıq ev;

Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində yerləşən 104 min manatlıq mənzil;

Sabunçu rayonu, Ləhiş bağlarında yerləşən 72 min manatlıq torpaq sahəsi.

Qeyd edək ki, bu gün elan olunmuş hökmə əsasən, ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin 1-ci şöbə rəisi Yasin Məmmədov 10 il 6 ay azadlıqdan məhrum edilib.

 

Bütün xəbərlər