Hadrutda yeni modul tipli yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

15:46 - 21.09.2022


21 sentyabr, Fineko/abc.az. Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsində “SOCAR” brendli yeni modul tipli yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

“SOCAR PETROLEUM” QSC-dən ABC.AZ-a bildirilib ki, bu məntəqə Füzuli-Hadrut-Şuşa avtomobil yolundan istifadə edən avtonəqliyyat vasitəsi sahibləri üçün əlverişli hesab edilir.

Sözügedən YDM-də “Aİ-92” markalı benzin və “Dizel” yanacağının satışı həyata keçiriləcək.

Bundan əlavə, “Zəfər yolu”nun Şuşa istiqamətində daha bir modul tipli YDM-in istifadəyə verilməsi nəzərdə tutulur.

 


Bütün xəbərlər