Sosial yardım insanları xarab edib - Parlamentin komitə sədri

16:16 - 21.09.2022


21 sentyabr, Fineko/abc.az. “Sosial yardım insanları xarab edib”.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.

Parlamentin komitə sədri bildirib ki, insanlar işləmək istəmirlər:

“Müraciət edir ki, mənə yardım düzəldin. Mən onlara iş deyirəm, amma insanlar balaca da olsa, o yardımı almağa üstünlük verir. Belə olmaz”.

Bütün xəbərlər