Sayğaclaşdırma layihəsi qeyri-əhali istehlakçı qrupu üçün nəzərdə tutulur - "Azəristiliktəchizat" ASC

17:20 - 21.09.2022


21 sentyabr, Fineko/abc.az. "Azəristiliktəchizat" ASC-nin sayğaclaşdırma layihəsi pilot layihə olaraq məhdud sayda qeyri-əhali istehlakçı qrupu üçün nəzərdə tutulur.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, lahiyə səhmdar cəmiyyətinin fəaliyyətinin müasirləşdirilməsini və dünyadakı ən yaxşı təcrübələrə uyğun qurulması işinin tərkib hissəsidir. Bizdən istilik xidməti alan yaşayış binalarında sayğaçlaşdırma hələ ki, nəzərdə tutulmur. Qeyri-əhali seqmenti dövlət və özəl müəssisələri əhatə edir. Pilot layihənin əsas məqsədi "Azəristiliktəchizat"ın fəaliyyətinin səmərəlliyini artırmaq, istilik xidmətinin keyfiyyətini artırmaq, xidmətin göstərilməsi üçün tələb olunan resursların daha effektiv planlaşdırmaqdır. Abonentlər üçün isə sayğaclaşdırmanın ən böyük faydalarıı istifadə etdikləri istilik enerjisinin dəqiq və dolğun uçotunu aparmaq, daha dəqiq resurs planlaşdırması aparmaq, istifadə etdikləri enerjiyə mütənasib ödəniş aparmaqla nağd vəsaitlərinə qənaət etməkdir. Layihə ilə bağlı müvafiq şirkətlərlə danışıqlar aparılır.

 

Bütün xəbərlər