Türkiyə üzümçülükdə dünya lideridir - Foto

17:32 - 21.09.2022


21 sentyabr, Fineko/abc.az. Türkiyənin Tekirdağ vilayətinin Süleymanpaşa Bələdiyyəsi və Tekirdağ Üzümçülük Elmi-Tədqiqat institutunun əməkdaşlığı ilə Üzüm Festivalı təşkil edilib.

ABC.AZ xəbər verir ki, Festivala Türkiyənin kənd təsərrüfatı araşdırmaları və siyasəti idarəsinin rəhbəri Metin Türker, Tekirdağ valisi Əziz Yıldırım, Süleymanpaşa Bələdiyyəsinin sədri Cüneyt Yüksel, Tekirdağ kənd təsərrüfatı və meşə müdiri Oktay Öcal, Tekirdağ Üzümçülük araşdırma institutunun direktoru Mehmet Ali Kıracı və çox sayda qonaq qatılıb. Tədbirdə çıxış edən kənd təsərrüfatı araşdırmaları və siyasəti idarəsinin rəhbəri Metin Türker,

"Burada keçirilən tədbirin fərqli bir mənası var. Üzüm istehsalı baxımından dünyada çox önəmli yerə sahib olan bir ölkəyik. 390 min hektar sahədə üzüm istehsal olunur. 3,7 milyon ton məhsulla dünyada altıncı sırada yer alırıq. İxracatda da 700 milyon dollarlıq ixrac potensialımız var. Milli iqtisadiyyata böyük töhfə veririk. Üzüm ixracatı baxımından da Türkiyə dünyada birinci yerdədir", deyə bildirib.

Bütün xəbərlər