Daha 5 müntəzəm marşurut xətti müsabiqəyə çıxarıldı

11:50 - 22.09.2022


22 sentyabr, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi daha 5 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib. Bu barədə qurumdan bildirilib.

ABC.AZ-ın məlumatına görə, bunlar 37, 55, 93, 101 və 113 nömrəli müntəzəm marşrut xətləridir.

Müsabiqə Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər Agentliyə müraciət edə bilər.

Bütün xəbərlər