“FİNKA Azərbaycan” MMC istiqraz yerləşdirməyə hazırlaşır

16:08 - 22.09.2022


22 sentyabr, Fineko/abc.az. “FİNKA Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) istiqrazlarını yerləşdirməyə hazırlaşır.

ABC.AZ "Renkinq"-ə istinadən xəbər verir ki, bu barədə qiymətli kağızların emissiya prospektində qeyd edilib. Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 100 manat olan 30 000 ədəd, yəni 3 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir.

Qiymətli kağızlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 12,5%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir.

Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Bütün xəbərlər