İngiltərə Bankı da faiz artırdı

16:34 - 22.09.2022


22 sentyabr, Fineko/abc.az. İngiltərə Mərkəzi Bankı (BoE) artan inflyasiyanı cilovlamaq üçün faizini 50 bənd artıraraq 2,50%-ə çatdırıb.

ABC.AZ xəbər verir ki, faizin 5 üzv 50 bənd, 3 üzv 75 bənd, 1 üzv isə 25 bənd artırılmasının lehinə səs verib.

Qeyd edək ki, Bank ötən ay da faizini 50 bənd artırıb. İnflyasiyanın kəskin artması səbəbindən Mərkəzi Bank dekabr ayından etibarən faiz dərəcələrini artırmağa davam edir. Bank rəsmiləri inflyasiya proqnozlarını 13 faizdən 11 faizdən aşağı endiriblər.

Onu da xatırladaq ki, avqustda ölkədə illik inflyasiya 9,9 faizə düşsə də, bankın 2 faizlik hədəfindən xeyli yuxarıdır.

Bütün xəbərlər