Bu il Yunanıstana qaz ixracımız 1.1 mlrd. kubmetr proqnozlaşdırılır – Nazir

16:59 - 22.09.2022


22 sentyabr, Fineko/abc.az. Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan təbii qazın tədarükü ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

ABC.AZ xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib.

“Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan təbii qazın tədarükü ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu il Yunanıstana qaz ixracımız 1.1 mlrd. kubmetr proqnozlaşdırılır”, - paylaşımda bildirilir.

Bütün xəbərlər