İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul etdi

15:48 - 3.06.2018


4 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılmasının 10 illiyi ilə bağlı ölkəyə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi gəlmişdir.

Ötən gün, iyunun 3-də, Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Vladimir Kuvşinovu qəbul edib.

Görüşdə, dövlət başçısı bu gün  Bakıda keçiriləcək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılmasının 10 illiyi ilə bağlı tədbirin və Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibinin bu tədbirdə iştirakının əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasında uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə etdi.

Vladimir Kuvşinov sabah Bakıda keçiriləcək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılmasının 10 illiyi ilə əlaqədar tədbirdə iştirakından məmnunluğunu ifadə edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə rəhbərlik etdiyi qurum arasında imzalanacaq informasiya mübadiləsi reqlamentinin əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. O, həmçinin bildirdi ki, Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatının fəal üzvlərindən biridir və ölkəmiz bu təşkilatın strateji inkişafla bağlı fəaliyyətinə öz töhfəsini verir.

Söhbət zamanı Azərbaycanda mülki müdafiə sahəsində həyata keçirilən işlərdən danışıldı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

Bütün xəbərlər