Azərbaycanda mövsümi vergi güzəştləri tətbiq oluna bilər

12:28 - 23.09.2022


23 sentyabr, Fineko/abc.az. Dövlət Vergi Xidməti mövsümi fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri edilməsini, başqa sözlə mövsümi vergilərin tətbiq olunması imkanlarını nəzərdən keçirir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu qurumun rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Mövsümi fəaliyyət göstərən vergi ödəyicilərində vergilərin məbləği nəzərə alınmalıdır", - o deyib.

Xatırladaq ki, Azərbaycanda mövsümi vergilərin tətbiq olunması təklifi ilə deputat İqbal Məmmədov çıxış edib.

Bütün xəbərlər