Tütün məmulatları məcburi nişanlamaya görə dövlət rüsumundan azad olunur

12:32 - 23.09.2022


23 sentyabr, Fineko/abc.az. Azərbaycanda tütün məmulatları məcburi nişanlamaya görə dövlət rüsumundan azad olunur.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihədə tütün məmulatlarını istehsal və idxal edənlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sisteminə qoşulması barədə həmin Xidmətin göndərdiyi bildirişi aldıqları tarixdən etibarən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə dövlət rüsumundan azad olunması təklif olunur.

Qanun layihəsində həmçinin, Dövlət Vergi Xidməti tərəfindən yuxarıda qeyd olunan müddətin hər dəfə bir aydan çox olmamaq şərti ilə 5 dəfə uzadılması halının da nəzərdə tutulduğu bildirilib.

Bütün xəbərlər