Tesla 1,1 milyon avtomobili geri çağırır

16:20 - 23.09.2022


23 sentyabr, Fineko/abc.az. "Tesla" elektrik şüşələri ilə bağlı təhlükəsizlik probleminə görə ABŞ-da təxminən 1,1 milyon avtomobili geri çağırıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının yaydığı hesabatda öz əksini tapıb.

Hesabata əsasən, problem səbəbindən pəncərə həddindən artıq təzyiq göstərə, sürücü və ya sərnişini sıxa bilər və yaralanma riskini artıra bilər.

Geri çağırılacaq avtomobillərə 2017-22-ci illərdən Model 3, 2020/21-dən Model Y, 2021-22-ci illərdən Model S və Model X daxildir.

Bütün xəbərlər