Son 8 ayda Azərbaycandan MDB ölkələrinə bu qədər məhsul ixrac edilib

16:43 - 23.09.2022


23 sentyabr, Fineko/abc.az. Yanvar-avqust aylarında Azərbaycandan MDB ölkələrinə 1 milyard 58 milyon 873 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu göstərici 2021-ci ilin müvafiq dövrünə nisbətən 4 milyon 95 min dollar azdır.

Cari ilin səkkiz ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 567 milyon 585 min dollar olub.

Bütün xəbərlər