İndiyədək 2 410 mənzil kirayəyə vermək yolu ilə satılıb

17:09 - 23.09.2022


23 sentyabr, Fineko/abc.az. Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 40 372 borcalana 2 milyard 276,932 milyon manat kredit verib.

ABC.AZ xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 320,751 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 2 410 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.