Bugünədək 40 min 372 ipoteka krediti verilib

10:29 - 26.09.2022


26 sentyabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Bu barədə ABC.AZ-a  İKZF-dən məlumat verilib.

Qeyd olunur ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 40 min 372 ipoteka krediti verilib.

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 276 milyon 932 min 309 manatdır.