Aİ Rusiyaya qarşı sanksiyalar paketinə yeni təkliflər verib

11:24 - 26.09.2022


26 sentyabr, Fineko/abc.az. Aİ ölkələri Rusiya Federasiyasına qarşı sanksiyalar paketinə yeni təkliflər verib

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Rusiyaya qarşı yeni sanksiyalara dair təkliflər paketinə Rusiya banklarına qarşı sanksiyalar, brilyantların idxalına qadağa və Rusiyaya smartfonların tədarükünə qadağa daxildir.

Paket Polşa, İrlandiya, Latviya, Litva və Estoniya tərəfindən hazırlanıb.

Belə ki, ölkələr “Qazprombank”, “Alfa-Bank”, “Rosbank” və “Tinkoff Bank” kimi beynəlxalq SWIFT sistemindən ayrılmış bankların siyahısını genişləndirməyə çağırıblar.

Həmçinin Rusiyadan almazların alınması və idxalına qadağa qoyulması təklif edilir.

Bütün xəbərlər