Bu qurumda kadr təyinatı həyata keçirilib

14:26 - 26.09.2022


26 sentyabr, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri Publik Hüququ Şəxsində yeni kadr təyinatı həyata keçirilib.

ABC.AZ xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

Belə ki, müvafiq əmrlə Fuad Əsgərov Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri Publik Hüququ Şəxsin kadrlar idarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Fuad Əsgərov bir müddət bundan əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnsan resursları sektorunun müdiri vəzifəsindən azad edilmişdi.