Azərbaycan sahibkarlarının Türkiyədə kapitalları artır - Detallar

26.09.2022,14:39


26 sentyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 214 şirkət qeydiyyata alınıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.

Məlumatda qeyd olunub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 61 şirkət çoxdur. Bildirilib ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalı da artıb. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 82,4 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 42.9 milyon türk lirəsi təşkil edib” – deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (176) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 65.7 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildiriblər.